Xətai rayon məktəblərində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
Xətai rayon məktəblərində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlərdə qeyd olunub ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərində öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Azərbaycan xalqı göstərdiyi qətiyyəti ilə təsdiqlədi ki, heç bir qüvvə onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız ölüm saçan o qanlı-qadalı gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyətinin gözü qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqa qarşı törədilən qırğını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Tədbirlərdə məktəblilərin ifasında qan yaddaşımıza həsr olunan şeirlərin səslənib, səhnəciklər təqdim olunub.