Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon məktəblərində 27 Sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

27 sentyabr 2022 | 16:47

Xətai rayon ümumtəhsil məktəblərində 27 sentyabr-Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şagirdlərə məlumat verilib ki, 2020-ci il sentyabrın 27-də mənfur erməni  təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçuları həlak olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Keçidlər