Xətai rayon məktəblərində narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər davam etdirilir
Ötən ay ərzində də Xətai rayon məktəblərində rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin təşkilatçılığı ilə "Narkomaniyaya "YOX" deyək" adlı silsilə tədbirlər davam etdirilib.
Tədbirdə hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniyanın ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilməsi və insanlar arasıda ən əsas da gənclərin və yeniyetmələrin arasında yayılan narkotik vasitələrə aludəçilik, gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdıran, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilməsi haqqında geniş məlumat verilib, narkomaniyaya qarşı dövlətimiz tərəfindən aparılan mübarizədən danışılıb.
Həmçinin çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsini Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu nümayiş etdirdiyini və Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiyanı uğurla reallaşdırıldığını, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atdığını şagirdlərin diqqətinə çatdırıblar.
Mövzu ilə bağlı şagirdlərin sualları cavablandırılıb.