Xətai rayon məktəblərində narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər keçirilib
Xətai Rayon İcra Hakimiyyətinin və Xətai rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayon ərazisində "Narkomaniyaya "YOX" deyək" adlı silsilə tədbirlər keçirilmişdir. Tədbirlədə Xətai rayon İcra Hakimiyyətinin və Respublika Narkaloji Mərkəzin məsul şəxsləri, rayon Polis İdarəsinin rəisi polkovnik Vaqif Müslümov iştirak ediblər.
Tədbirdə hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniyanın ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilməsi və insanlar arasıda ən əsas da gənclərin və yeniyetmələrin arasında yayılan Narkotik vasitələrə aludəçilik, gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdıran, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilməsi haqqında geniş məlumat verilib, narkomaniyaya qarşı dövlətimiz tərəfindən aparılan mübarizədən danışılıb. Həmçinin çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsini Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu nümayiş etdirdiyini və Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiyanı uğurla reallaşdırıldığını, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atdığını şagirdlərin diqqətinə çatdırıblar.