Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon məktəblərində "Narkomaniyaya "YOX" deyək" adlı silsilə tədbirlər keçirilmişdir

31 yanvar 2025 | 14:39

Xətai rayon ümumtəhsil məktəblərində rayon İcra Hakimiyyətinin  və  rayon Polis İdarəsinin təşkilatçılığı ilə "Narkomaniyaya "YOX" deyək" adlı silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon İcra Hakimiyyətinin, Respublika Narkaloji Mərkəzinin məsul şəxsləri və rayon Polis İdarəsinin rəisi polkovnik Vaqif Müslümov iştirak ediblər.

Tədbirdə müasir dövrün ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyətin hələ də əziyyət çəkməsindən, millətin sağlam həyat tərzi üçün təhlükə törətməsindən danışılıb. Narkomaniyanın orqanizmi zəiflətdiyi, bədən üzvlərini tədricən sıradan çıxardığı söylənilib.

Tədbirin sonunda tütün məmulatlarından, alkoqollu içkilərdən azyaşlılar arasında istifadənin və yayılmasının qarşısının alınması məqsədilə respublikamızda hüquqi baza formalaşdırıldığından danışılıb və “Narkomaniyaya yox deyək!” adlı video-çarx nümayiş etdirilib.

 

Keçidlər