Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon məktəblərində Novruz şənlikləri keçirilib

19 mart 2024 | 16:50

Xətai rayon məktəblərində Novruz şənlikləri keçirilib. Rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirlərdə iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, bu bayramda təbiətin yenilənməsini, torpağın oyanışını simvolizə edən yazın gəlişi qarşılanır. Yaşı bilinməyən, əsrləri arxada qoyaraq bu günümüzə qədər gələn Novruzun atributlarının olduğu kimi qorunması, ulularımızdan ərməğan, dildən-dilə yaşadılan el mahnıları, bənzətmələri, oxşamaları, bayatıları, xalqımızın mənəvi zənginliyini göstərən sərvətlərimizdəndir. Şanlı Qələbəmizə qədər keçirdiyimiz bayramlarda hər birimizin qəlbindən bir istək, bir arzu keçirdi, dilimizdə eyni dualar səslənirdi. Bu, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi, bu torpaqlarda bayram tonqallarının alovlandırılması idi. Arzular, dualar ifadə ediləndə içimizdə belə bir əminlik var idi ki, dövlətimizin uğurlu siyasəti, xalqımızın məğrurluğu, yenilməzliyi, birliyimiz, həmrəyliyimiz sayəsində torpaqlarımız tarixi sahibinə qayıdacaq, Qarabağımız toy-büsatlı olacaq, hər daşı, qayası artıq erməni vəhşiliklərinə deyil, milli-mənəvi dəyərlərimizin, tariximizin, ədəbiyyatımızın qorunmasına və yaşadılmasına şahidlik edəcək.

Biz fəxr edirik ki, artıq Novruz sevincimizə Zəfər sevincimiz də qatılıb. Bu günlər Novruz tonqalları işğaldan azad edilmiş torpaqlarımızda qalanır.

Keçidlər