Xətai rayon məktəblərində "Son Zəng" tədbirləri keçirilb
14.06.2024-cü il tarixdə Xətai rayonunda fəaliyyət göstərən bütün təhsil ocaqlarında son zəng həyacanı yaşanıb. Rayon İcra Hakimiyyətinin nümayəndələri son zəng tədbirlərində məzunların sevinc və həyacanlarını bölüşüb, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Çıxış edənlər məzunları təbrik edərək bildiriblər ki, bu gün məktəblərimiz vətənpərvər, igid, qəhrəman övladlar yetişdirir. 30 il işğal altında olan doğma yurdlarımız möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun, vətənpərvər və qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunub. Ölkəmizdə gedən hərtərəfli inkişaf təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdur. Hər bir sahələrdə olduğu kimi təhsil sferasında da Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı daim hiss olunur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsillə bağlı siyasət artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Ulu öndərin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Ümummilli lider tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilməkdədir.
Natiqlər müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb, məktəbin pedaqoji kollektivinə şərəfli işlərində uğurlar diləyiblər.
Tədbirlər məktəblilərin ifasında ədəbi- bədii kompazisiyalarla davam etdirilib.