Xətai rayon məktəblərində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
10.05.2024-cü ildə Xətai rayon məktəblərində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tədbirlərdə dahi liderin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, təhsilə göstərdiyi qayğı və diqqətindən söz açılıb. Yüksək təhsil səviyyəsi, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olduğunu bildirilib. Hər bir azərbaycanlı bu gün müstəqil, azad, firavan Azərbaycanda yaşadığına görə Ümummilli lider Heydər Əliyevə böyük minnətdarlıq hissi duyur.
Tədbirlərdə şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiyalar və Ulu Öndərin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.