Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon məktəblərinin komandaları arasında ingilis dilində "Breyn-rinq" keçirilib

08 may 2023 | 10:19

Mayın 8-də Xətai rayonu 56 nömrəli tam orta məktəbdə rayon məktəblərinin komandaları arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ingilis dilində "Breyn-rinq" yarışı keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov,  Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, "Bakı Nobel İrsi Fondu"nun direktoru Fuad Qasımov, rayon məktəblərinin komandaları iştirak ediblər.

"Breyn-rinq"-də Xətai rayon məktəblərinin 9-cu sinif şagirdlərindən  ibarət komandalar yarışıb. Komandalar Heydər Əliyev haqqında topladıqları  məlumatlara əsasən hazırlanmış 10 suala ingilis dilində cavab verərək mübarizə aparıblar. 

Nəticədə  Xətai rayonu 56 saylı tam orta  məktəbin komandası yarışın qalibi olub.

 

Keçidlər