Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilmişdir.

24 aprel 2025 | 18:34

24 aprel 2025-ci il tarixində Xətai rayonunda yerləşən 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər Şahmat İdman Mərkəzidə “Konstitusiya və Suverenlik ili” çərçivəsində  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilmişdir.

Yarışda 19 məktəb komandasını təmsi edən 95 iştirak etmişdir. Turnirin yekun nəticələrinə əsasən I yeri 86 nömrəli tam orta məktəbin komandası, II yeri Humanitar fənlər təmayüllü məktəb-liseyin komandası, III yeri 287 nömrəli “Zəkalar liseyin” komandası tutmuşdur.

Qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşdur.

Keçidlər