Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon məktəbliləri intellektual yarışın qalibi oldu

01 may 2023 | 11:10

Mayın 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Bizim gələcək, bizimlə gələcək” adlı intellektual yarışın final mərhələsi keçirilib.

Baku Marriot Hoteldə keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da  iştirak edib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman uşaqlara diqqət və qayğı ilə yanaşıb. Vurğulayıb ki, Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır. Ümummilli Lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qurulmasına töhfə verib.     

Daha sonra final mərhələsi keçirilib və qaliblər müəyyənləşib. 1-ci yeri Xətai, 2-ci yeri Yasamal, 3-cü yeri isə Binəqədi rayonunun komandaları tutub. Sonda qalib komandalara sertifikat və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, intellektual yarışda hərəsində 5 iştirakçı olmaqla ümumilikdə 158 komanda iştirak edib. Onlar arasından hər rayondan (Bakı şəhəri üzrə 12 rayon) bir komanda qalib gələrək final turuna vəsiqə qazanıb.

Keçidlər