Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər keçirilib

03 may 2024 | 15:38

Xətai rayon ümumtəhsil məktəblərində rayon İcra Hakimiyyətinin  və  Xətai rayon Polis İdarəsinin təşkilatçılığı ilə "Narkomaniyaya "YOX" deyək" adlı silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon İcra Hakimiyyətinin, Respublika Narkaloji Mərkəzinin məsul şəxsləri və rayon Polis İdarəsinin rəisi polkovnik Vaqif Müslümov iştirak ediblər.

Tədbirdə narkomaniyanın cəmiyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün nələrə diqqət yetirilməsi, narkotiklərə aludə olmağın nəticələri və s. haqqında geniş məlumat verilib, narkomaniyaya qarşı dövlətimiz tərəfindən aparılan mübarizədən danışılıb. Həmçinin çıxış edənlər şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələri gənclərin diqqətinə çatdırıblar. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Keçidlər