Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu 191 saylı məktəbdə "Məktəbimizin Xarizmatik Natiqləri" layihəsinin açılış mərasimi keçirilib

25 oktyabr 2023 | 12:30

24.10.2023-cü ildə Xətai rayonu 191 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Məktəbimizin Xarizmatik Natiqləri” layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun əməkdaşı Vüsalə Əliyeva, Azərbaycan Gənc Müəllimlər  Assosiasiyasının sədri Rüfət Əsədzadə, "Karnegi Klub Treninq" Mərkəzinin rəhbəri Nəcəf Allahverdiyev, "Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyi"nin sədri İradə Əlili  iştirak ediblər.

lX-Xl siniflərdə təhsil alan şagirdlərin natiqlik qabiliyyətinin artırılması məqsədilə keçirilən tədbirdə layihə haqqında ətraflı məlumat verilib, görüləcək işlərdən danışılıb. Qeyd olunub ki, layihədə təqdimat, ünsiyyət, kommunikasiya, özünəgüvən, stres menecmenti, şəxsi inkişaf, uğur motivasiyası və s. mövzuları əhatə edən təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlər 2 ay davam edəcək və layihənin sonunda təşkil ediləcək çempionatda 3 “ən yaxşı natiq” seçiləcək.

Keçidlər