Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu 194 saylı tam orta məktəbdə Zəfər bayramı münasibətilə “Zəfər Günü” adlı tədbir keçirilib.

04 noyabr 2022 | 13:39

 

Xətai rayonunun ümumtəhsil məktəblərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlərin keçirilir. 04.11.2022-ci ildə 194 saylı tam orta məktəbdə keçirilən tədbirdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP Xətai rayon təşkilatının nümayəsi,   məktəbin müəllim və şagirdləri, valideynlər, şəhid ailələri, Vətən müharibəsi qaziləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Çıxış edənlər bildiriblər ki, 27 sentyabr 2020-ci il tarixdə təcavüzkar Ermənistanın yenidən təxribatlara başlamasına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün Vətən müharibəsinə başlayıb. 44 günlük hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımız azad etməklə təcavüzkar Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazdı. Bu ədalətli savaşımızda hər biri bir qəhrəman olan oğullarımız Vətən torpaqlarının azadlığı uğrunda canından keçdi. Vətən Müharibəsində qabaqcıl hərbi texnikalardan məharətlə istifadə edən Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə yazdı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.

Sonda məktəblilərin ifasında ədəbi bədii kompazisiya təqdim edilib.

 

 

 

Keçidlər