Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu 264 saylı məktəb-liseydə “ZƏFƏRƏ GEDƏN YOL” adlı tədbir keçirilib

05 aprel 2023 | 15:25

05 aprel 2023-cü il  tarixdə 264 saylı məktəb-liseydə aprel döyüşlərinə həsr olunmuş "Zəfərə gedən yol" adlı tədbir keçirildi.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Respublikasının Şəhid ailələri, əlilləri və müharibə veteranları ictimai birliyinin üzvləri, müəllim və şagird kollektivi iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə diqqətə çatdırılıb ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Aprel döyüşləri nəticəsində  Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad etmişdir. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyətindən biri də bu qələbə sayəsində "Böyük Qayıdış" prosesinin başlanğıcı qoyuldu. 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi Zəfər qazanıldı, ədalət bərpa edildi. Aprel döyüşləri 2020-ci ilin noyabrında qazanılan Zəfərin başlanğıcı idi. Döyüşlər zamanı Xətai rayonu 11 şəhid verib. Bu gün şəhidlərimiz xalqımızın qürur və iftixar yeridir. 

Digər çıxış edənlər qeyd ediblər ki,  xalqımız Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək dəyərləndirir,  şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, dövlət başçımıza, ailəsinə və millətimizə Uca Allahdan xeyir-dualar diləyir.Məktəb şagirdlərinin döyüş səhnələrini əks etdirən çıxışları, söylədikləri vətənpərvərlik ruhlu şeirlər tədbir iştirakçıları  tərəfindən rəğbətlə qarşılanıb.

 

 

Keçidlər