Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu 55 saylı məktəbdə "İnsan Hüquqları Günü"nə həsr olunmuş tədbir keçirilib

05 iyun 2024 | 12:13

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə "İnsan Hüquqları günü" kimi qeyd olunur. Hər il olduğu kimi, bu il də mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan Hüquqları Aylığı" elan edilib. Bu aylıq çərçıvəsində rayon ərazisindəki 55 saylı tam orta məktəbdə "İnsan Hüquqları Günü"nə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayıb. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi Leyla Süleymanova və məktəbin  kollektivi iştirak edib.

Tədbirin məqsədi insan hüquqlarının mahiyyətinin və məzmununun açıqlanmasına, bu hüquqların müasir dövrdə əhəmiyyəti və tətbiqi barədə nəticələr çıxarmağa yönəlmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini sübut etməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdır.

Tədbirdə insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularda çıxışlar edilib.

 

Keçidlər