Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu 98 nömrəli tam orta məktəbdə Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

04 aprel 2023 | 12:01

04.04.2023-cü il tarixdə Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli    tam   orta məktəbdə aprel döyüşlərinə həsr olunmuş tədbir  keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin  müdiri Pənah İmanov, Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov,  şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir 2016-cı ilin məlum aprel hadisələri zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda   göstərdikləri qəhrəmanlıqlara həsr olunmuşdu. Tədbirdə Aprel döyüşləri zamanı Milli ordumuzun şəhid olan  əsgər və zabitlərinin foto şəkilləri nümaiş etdirilib və onların əziz xatirəsi hörmətlə yad edilib.
Tədbirdə çıxış edənlər ölkə Prezdenti cənab İlham Əliyevin aprel döyüşlərini və Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsinin  “Qələbəyə aparan yol”un başlanğıcı olduğu fikri bir daha  vurğuladılar.
Məktəb şagirdlərinin döyüş səhnələrini əks etdirən çıxışları, söylədikləri vətənpərvərlik ruhlu şeirlər tədbir iştirakçıları  tərəfindən rəğbətlə qarşılanıb.
Tədbir çərçivəsində  Aprel döyüşlərinə həsr olunmuş səhnəciklər nümayiş etdirilib.

Keçidlər