Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu Cavanşir küçəsində daha bir həyətdə abadlıq işləri yekunlaşmaq üzrədir

30 noyabr 2023 | 10:41

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. 

Rayonun Cavanşir küçəsi 16,18,20,22 saylı ünvanlarında daha bir həyətdə günişmiqyaslı abadlıq işləri başa çatmaq üzrədir. Görülən işlər çərçivəsində bəzi sakinlər tərəfindən qanunsuz çəkilmiş hasarlar və yöndəmsiz tikililər sökülmüş, uzun illər əvvəl qoyulmuş dəmir konstruksiyalı qarajlar götürülmüş, ərazi yığılıb qalmış istifadəsiz materiallardan, məişət tullantılarından təmizlənmişdir. Ağaclar budanmış, səki daşları döşənmiş, əyləncə və istirahət parkının salınması işləri başa çatmaq üzrədir. Ərazidə yaşıllıq zolaqları salınmış, yeni ağac və dekorativ gül kolları əkilmişdir. Uşaqlar və yeniyetmələr üçün müxtəlif əyləncə və idman qurğuları, günlüklər quraşdırılmış, müasir işıqlandırma sistemləri ilə təchiz olunmuşdur. Ağaclara vaxtında və keyfiyyətli aqrotexniki xidmət göstərilməsi üçün su xətti çəkilmişdir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin müraciətləri və yerlərdən olan təkliflər nəzərə alınaraq yeni layihələr müzakirə olunur.

Keçidlər