Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu S.Ələsgərov adına 1 nömərli Uşaq İncəsənət məktəbinin Ulu Öndər Heydər Əliyevin  100 illik  yubileyinə  həsr olunmuş  sərgisi açılıb.

23 may 2023 | 16:11

Mayın 23-də Azərbaycan  Rəssamlar İttifaqının sərgi salonunda Xətai rayonu S.Ələsgərov adına 1 nömərli Uşaq İncəsənət məktəbinin Ulu Öndər Heydər Əliyevin  100 illik  yubileyinə  həsr olunmuş  sərgisi açılıb.

Sərgidə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan Rəssamlar İttifaqının katıbı, Xalq rəssamı Ağaəli İbrahimov, S.Ələsgərov adına 1 nömərli Uşaq İncəsənət məktəbinin direktoru Vaqif Abbasov və gənc rəssamlar iştirak ediblər.

Çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov dahi şəxsiyyət, müstəqil dövlətimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, o cümlədən Ulu Öndərin  Azərbaycan rəssamlarına olan diqqət və qayğısından geniş bəhs edib.

Digər çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyevin adı həyatını xalqına xidmətə həsr etmiş dahi şəxsiyyət kimi Azərbaycan tarixinə əbədi həkk olunub. Ulu Öndərin müstəqil Azərbaycanın rəhbəri olduğu illərdə həyata keçirdiyi işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sərgidə gənc rəssamların vətənpərvərlik mövzusunda, portret, natürmort və mənzərə janrında çəkilən müxtəlif əsərləri, qrafika üsulu ilə işlənmiş rəsmləri ilə yanaşı təxəyyül güclərinin məhsulu olan kağızlardan hazırlanmış geyim növləri də nümayış olunub. Gənc rəssamların daxili dünyasını və yaradıcı təfəkkürünü əks etdirən 100-dən çox əsər sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Keçidlər