Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu təhsil müəssisələrində "28 may- Müstəqillik Günü" münasibətilə silsilə tədbirlər keçirilib

28 may 2024 | 08:49

"28 may Müstəqillik Günü" münasibətilə Xətai rayon təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Xətai rayon İcra Hakimiyyətinin məsul şəxslərinin iştirak etdiyi tədbirlərdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və müstəqilliyimizin əldə olunması və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər əlamətdar günlə bağlı fikirlərini səsləndirərək, Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həmin dövrdə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olunub ki, 1918-ci ildə yaradılan, 1991-ci ildə ikinci dəfə müstəqilliyini bərpa edən və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atan ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli dövrünü yaşayır. İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, mütərəqqi islahatlar, reallaşdırdığı qlobal miqyaslı layihələr Azərbaycanın dünyada siyasi çəkisini getdikcə artırır və ölkəmiz beynəlxalq müstəvidə söz sahibinə çevrilir.

Tədbirlər çərçivəsində şagirdlərin ifalarında musiqilər səsləndirilib, rəqs nömrələri nümayiş etdirilib.

Keçidlər