Xətai rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Gələcək sağlam olsun" adlı bayram tədbiri keçirilib
30 may-1 iyun tarixlərində Xətai rayonunda yerləşən Gənclik parkında rayon İcra Hakimiyyətinin və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Gələcək sağlam olsun" adlı əyləncəli bayram tədbiri keçirilib.
Beynəlxalq Millətlər Təşkilatının 1950-ci il iyun ayının 1-də keçirilən "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndikdən sonra elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Beləliklə, iyunun 1-i tarixə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, həmin gün Azərbaycanda da böyük təntənə ilə qeyd edilir.
Rayonun Gənclik Parkında keçirilən tədbirdə uşaqlar şən klounların, animatorların iştirakı ilə parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.
Bayram tədbiri çərçivəsində uşaqlar istedadlarını nümayiş etdirmiş, qrup oyunları keçirmişlər.
Tədbir uşaqların yaddaşında xoş izlər buraxmış, müəllim və valideynlərin razılığına səbəb olmuşdur.
Uşaqlara hədiyyələr təqdim olunmuş, xatirə fotoları çəkdirilmişdir.