Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 3 saylı Uşaq Evinin sakinləri üçün əyləncəli tədbir təşkil olunub.

31 may 2025 | 18:16

Xətai rayonunda 1 iyun-Uşaqların Beynəlxal Müdafiəsi Günü münasibətilə rayon İcra Hakimiyyəti və Xətai rayon Bələdiyyəsinin təşkilatçılığı ilə 3 saylı Uşaq Evinin sakinləri üçün əyləncəli tədbir təşkil olunub.
Çıxış edənlər uşaqların bayramını təbrik edib, onlara xoş arzularını çatdırıblar. Bildirilib ki, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini uşaqların hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Uşaqlar onlara daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər