Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün əyləncəli tədbir təşkil olunub.

01 iyun 2025 | 18:52

Xətai rayonunda 1 iyun-Uşaqların Beynəlxal Müdafiəsi Günü münasibətilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid övladları üçün əyləncəli tədbir təşkil olunub.
Tədbirdə iştirak edən Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları uşaqların bayramını təbrik edib, onlara xoş arzularını çatdırıblar. Bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Şəhid ailələri onlara daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər