Xətai rayonunda " 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü " münasibətilə silsilə tədbirlər keçirilib
"1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə Xətai rayon təhsil müəssisələrində və mədəniyyət evlərində silsilə tədbirlər keçirilib.
Xətai rayon İcra Hakimiyyətinin məsul şəxslərinin iştirak etdiyi tədbirlərdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və müstəqilliyimizin əldə olunması və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər günün mahiyyəti barədə məlumat veriblər. Həmçinin qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin uşaqlara sevgisi və məhəbbəti son dərəcə böyük olub. Məhz bu bayram günlərindən birində uşaqların qarşısında çıxış edərkən Ulu Öndər demişdir: “Biz müstəqil Azərbaycanda çox problemləri həll edirik. Bunların içərisində ən vacib problemlərdən biri uşaqlara münasibət, uşaqlara qayğı, uşaqların təhsilinin, tərbiyəsinin təmin olunması və uşaqların qorunması, müdafiə edilməsidir”. Ulu Öndərin bu sözləri onun hakimiyyəti illərindən başlayaraq ölkəmizdə dövlət uşaq siyasətinin əsasına çevrilmişdir.
Daha sonra qeyd edilib ki, bu gün də Prezident İlham Əliyevin Azərbaycan hökuməti qarşısında qoyduğu ən aktual vəzifələrdən biri uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması, uşaqların yüksək qayğı ilə əhatə olunması, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir bütün bu məsələlərə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyeva da böyük diqqətlə yanaşır.
Tədbir çərçivəsində şagirdlərin hazirladıqları rəngarəng səhnəciklər, ibtidai sinif şagirdlərinin təqdimatında pantomim tamaşa və ifa olunan musiqilər tədbirdə iştirak edən qonaqlarda yüksək əhval- ruhiyyə yaradıb.