Xətai rayonunda 15 iyun–Milli Qurtuluş Gününə həsr olunmuş açıq şahmat turniri keçirilmişdir
Xətai rayon İcra Hakimiyyəti, Xətai rayon Gənclər və İdman İdarəsi, Premyer şahmat məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr və gənclər arasında “15 iyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş açıq şahmat turniri keçirilmişdir. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev rayon İcra Hakimiyyəti başçısının aparatının əməkdaşları iştirak edirdilər. Tədbirdə həmçinin, Xətai Sənət Mərkəzinin yeniyetmə rəssamlarının əl işlərindən ibarət sərgi də nümayiş olunurdu.
Tədbir Vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi başladı. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qonaqları salamlayaraq deyd etdi ki, tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş 1993-cü il ilin 15 iyun tarixi onu dərindən dərk edənlər, Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün çox əziz tarix, əsil qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və ona dayaq olan dahi insan – ulu öndər Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyev İlham Əliyev haqqında “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” demişdi. Həyat bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu bütün dünyaya göstərdi. Xalq, igidlər ancaq inandıqları sərkərdələrin, ədalətli döyüşün, doğma Vətən, ana torpaq üçün başlanan haqq savaşının ardınca könüllü gedir. 44 günlük Vətən müharibəsində olduğu kimi. Bu, bizim Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun xalqımıza bəxş etdiyi möhtəşəm tarixi Qələbəmiz və Zəfərimiz oldu.
YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanılıb. Bu gün dahi şəxsiyyətin həyatımızın bütün sahələrində yeritdiyi ideyalar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.
Çıxış edən Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev ulu öndər Heydər Əliyev kimi fenomenal bir şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsinin tarixi hadisə olduğunu vurğuladı. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideyasının əsasını da məhz ulu öndər Heydər Əliyev yaratmışdır. Əgər dönüb arxaya, keşməkeşli müstəqillik tariximizə, təlatümlərlə dolu illərə nəzər salsaq bir daha ümummilli liderin ucalığının şahidi olarıq. Ulu Öndər Heydər Əliyev zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Həmçinin çıxış edənlər bildiriblər ki, bu cür yarışları keçirməkdə məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların idmana, sənətə marağını artırmaqdır.
Sonda qaliblərə diplomlar təqdim olunub.