Xətai rayonunda 2 Fevral -Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir təşkil olunub
Xətai rayon İcra Hakimiyəti, YAP Xətai Rayon Təşkilatı, Xətai Rayon Gənclər və İdman İdarəsi, Xətai Rayon Əhmədli Qəsəbə Bələdiyyəsi və Turizm və Sosial Xidmətlər üzrə BDPTM-nin birgə təşkilatçılığı ilə 2 Fevral -Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir təşkil olunmuşdur.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin Humanitar və İctimai Məsələlər şöbəsinin müdiri Pənah İmanov, gənclərə olan dövlət qayğısından söhbət açaraq bildirdi ki, hər bir gənc dövlətin yaratdığı təhsil və uğurlu karyera qurmaq imkanlarından faydalanaraq özünü savadlı, bilikli vətənpərvər kadr kimi yetişdirməli daim xalqına, millətinə sədaqətlə xidmət etməlidir.
Turizm və Sosial Xidmərlər üzrə BDPTM-nin direktoru Kifayət Bayramova bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfində qoyulmuş dövlət gənclər siyasəti prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdiririlir və bunun nəticəsidir ki, bu gün Azərbaycan gənci hər sahədə özünü doğruldur, qarşıya qoyulan məsələlərin öhdəsindən inamla gəlir.
Görüş gənclərlə müxtəlif mövzularda maraqlı diskussiya şərairtində davam edib.