Xətai rayonunda "2 İyul -Azərbaycan Polisi Günü qeyd olunub
Xətai rayonunda "2 İyul - Azərbaycan Polisi Günü" qeyd olunub. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Rayon polis idarəsinin rəisi Vaqif Müslümov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, rayon prokuroru Sərdar İmanov, Xətai rayon Məhkəməsinin sədri Rəşid Rzayev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digər vəzifəli şəxslər iştirak ediblər.
İlk olaraq ulu öndərin adını daşıyan parkda abidəsi ziyarət olunub.
Tədbirdə çıxış edənlər dövlətimizin formalaşmasında, milli maraqlarımızın qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri haqqında danışıblar.
Qeyd olunub ki, Azərbaycan polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib.
Vurğulanıb ki, peşəkarlığın artırılması, maddi-texniki bazanın beynəlxalq standartlar səviyyəsində qurulması və polis işçilərinin sosial şəraitinin yaxşılaşdırılmasının dövlət qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmənin vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Tədbirin sonunda xidmətdə fərqlənən polis əməkdaşlarına fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.