“20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda şəhid ailələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir
Müstəqillik tariximizə şərəfli bir gün kimi yazılan 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və şəhid ailələri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək bildirib ki, 20 Yanvardan başlayaraq Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını verən şəhidlərimizin ruhu bu gün şaddır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı düşmən işğalından azad etdi. Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar imzaladığı Fərmana əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin 500 manatdan 600 manata qaldırılması bu diqqət və qayğının bir nümunəsidir. Əminik ki, Dövlətimizin uğurları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında davam edəcək və bizi yeni hədəflərə çatdıracaq.
YAP Xətai rayon təşkilatının sədri, Vüqar Rəhimzadə qeyd edib ki, artıq biz Qanlı Yanvar hadisəsini yalnız faciə kimi qiymətləndirmirik. Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın ən şərəfli səhifələrdən biridir. Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır.
Tədbirdə qeyd olunub ki, rayon ərazisində yaşayan şəhid ailələri və əlillərin dövlət qaygısı ilə əhatə olunması daim diqqətdə saxlanılır, ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə baglı konkret tədbirlər həyata keçirilir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildirmişlər.