Xətai rayonunda 27 sentyabr-Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
27 sentyabr 2022 | 14:52
27 sentyabr-Anım Günü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Polad Həşimov küçəsi 101 saylı ünvanda ağacəkmə aksiyası keçirilib.
Aksiyada Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayonun prokuroru Sərdar İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və rayon ictimaiyyəti iştirak edib.
Aksiya çərçivəsində 120 ədəd müxtəlif növ ağaclar əkilib.