Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 27 sentyabr-Anım Günü qeyd olunub

28 sentyabr 2023 | 06:57

27 sentyabr “Anım Günü” ilə əlaqədar Xətai rayonunda sissilə tədbirlər keçirilib. Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları II Fəxri Xiyabanda, Zabrat, Dədə Qorqud, Əmircan və Keşlə  Şəhidliyində şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub, məzarları üzərinə əklillər və güllər qoyulub.Tədbir iştirakçıları daha sonra Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin tikintisi aparılan ərazidə şəhidlərin xatirəsinə həsr olunmuş instalyasiyasının önünə gül dəstələrinin qoyub, ehtiramlarını bildiriblər. 

Anım günü ilə əlaqədar binaların fasad və eyvanlarında Dövlət bayraqları asılıb. Rayon ərazisində bütün təhsil müəssisələrində dərslər “Anım Günü”nə həsr olunub, məktəblərdə və şəhidlərin xatirə lövhələrinin qarşısında şəhid ailələrinin və qazilərin iştirakı ilə anım tədbirləri keçirilib. Şagirdlərin hazırladıqları Vətən Müharibəsi şəhidlərinin, Tərtər, Bərdə və Gəncə terrorları qurbanlarının xatirəsinə həsr olunmuş  ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib.  

İdarə, müəssisə və təşkilatlarda Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib, şəhid ailələri, müharibə əlilləri ziyarət edilib, rayon ərazisində yerləşən bütün dini obyektlərdə şəhidlərin ruhuna dualar oxunub.

Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək 2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın geri alınması məqsədilə zəfər yürüşünə başlaması ilə tariximizin şanlı səhifələrinin yazıldığını, bu günün Anım Günü kimi qeyd edilməsinin şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu diqqətə çatdırıb. Rafiq Quluyev şəhidlərin ailə üzvlərinə və yaxınlarına Allahdan səbir diləyib və bildirib ki, şəhidlərin qanı yerdə qalmayıb. Azərbaycanın qəhrəman ordusu onların qisasına layiqincə alıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu vurğulayıb. RİH başçısı bu gün işğaldan azad olunmuş torpaqlarda geniş vüsət almış bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, soydaşlarımızın öz yurdlarına döndüyünü və Qarabağda həyatın yenidən canlandığını vurğulayıb.

Digər çıxış edənlər ordumuzun döyüş meydanında düşmənə necə diz çökdürdüyündən, Qarabağda olan xunta rejiminin cəmi 24 saat ərzində keçirilən antiterror tədbirləri nəticəsində tərksilah edilməsindən  və igid vətən övladlarının hər an istənilən təxribatın qarşını almağa qadir olduğundan söz açıblar.

İcra başçısı daha sonra şəhid ailələri və qazilərın hər biri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, həlli ilə bağlı müvafiq tapşırıqlar verib. 

 

 

Keçidlər