Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə hazırlıq işləri görülüb-VİDEO

23 dekabr 2023 | 09:11

Xətai  rayonunun prospekt, küçə və meydanlarında, park və xiyabanlarında yeni ilə hazırlıq işləri görülüb. Rayon ərazisində  tərtibat və bəzək işləri aparılıb.  Heydər Əliyev adına mədəniyyət və istirahət parkında,   Yusif Səfərov, M.Hadi  və digər küçələrdə yol boyunca təbii ağaclar işıqlandırılıb, yolkalar və dekorasiyalar quraşdırılıb.

https://www.youtube.com/watch?v=kcTsHj2Ic1U

Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif ərazilərində yerləşən parklar yolka və digər bayram atributları ilə bəzədilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılmış yolka möhtəşəm görünüşü ilə  körpələri sevindirir. Parkın gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub.

Sakinlərin rahatlığının və təhlükəsizliyinin təmini məqsədilə bayram günlərində parkın işıqlandırma sistemi də xüsusi diqqət mərkəzində saxlanılır.

Keçidlər