Xətai rayonunda 31 Mart -Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31.03.2023-cü il tarixdə Z.Məmmədov adına 171 saylı tam orta məktəbdə 31 mart -Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Ağsaqqallar Şurasının sədri professor İzzət Rüstəmov, şəhid ataları-Ağsaqqallar Şurasının üzvləri Mürvət Əsgərov və Meyvəddin Ramaldanov, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi işrirak etmişdir.
Çıxış edənlər 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən, kütləvi qırğınlardan danışmış və bu soyqırımın Azərbaycan xalqının tarixində baş vermiş ən faciəli və qanlı hadisələrdən biri olduğunu bildirmişlər.
Bu faciəli günün tarixi ilə bağlı çıxış edənlər bildiriblər ki, soyqırıma hüquqi-siyasi qiymətin verilməsində Ümumilli lider Heydər Əliyevin müstəsna rolu olub. Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart- azərbaycanlıların soyqırımı günü elan edilib.
Tədbir məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiyaların nümayişi ilə başa çatdı.