Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 5 oktyabr-Müəllimlər Günü qeyd olundu

05 oktyabr 2022 | 07:25

Hər il olduğu kimi bu il də Xətai Rayonunda 5 oktyabr-Müəllimlər günü  qeyd olnmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon prokuroru Sərdar İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov və Təhsil Nazirliyinin şöbə müdirinin müavini  Orxan Abbasov rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllimlər, şəhid ataları,  rayon ağsaqqalları və ziyalılar iştirak etmişlər. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Buradaca qeyd olunmuşdur ki, müəllim zəhmətini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin özü, sözün əsl mənasında, böyük müəllim idi. Daha sonra tədbir rayon ərazisində yerləşən şadlıq sarayların birində davam etdirilmişdir.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, təhsilə dövlət qayğısı ilbəil daha da artır. Belə ki, cənab Prezidentin imzaladığı Dövlət Proqramına əsasən rayonda yerləşən demək olar ki, bütün məktəblər, uşaq bağçaları əsaslı şəkildə, müasir standartlara uyğun təmir olunur, idman meydançaları tikilir, idman avadanlıqları, fizika, kimya labaratoriyaları ilə təmin olunurlar. Bütün bunlar bir daha ondan xəbər verir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğı bu gün möhtərəm Prezidentimizin İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın da daim diqqət mərkəzindədir.

Əldə olunan nətcələrdən söz açan İcra Hakimiyyətinin başçısı bildirdi ki, rayonumuz hər zaman təhsil sahəsində böyük nailiyyətlərə imza atmışdır. Ötən tədris ili də istisna olmamışdır. Belə ki, 2021-2022-ci tədris ilində Ali məktəblərə sənəd verən 2861 nəfər məzundan, 2243 nəfəri (77%) tələbə adını qazanmış, 285 nəfər  isə xarici universitetlərə qəbul olmuşdur. Bu da Siz müəllimlərin, təhsil işçilərinin gərgin əməyinin bəhrəsidir. Keçən il bu rəqəm 75% olmuşdur. Bu il də keçən il olduğu kimi rayonumuzun ali məktəblərə qəbul faizi şəhər göstəricisindən yüksək olmuşdur. 50 nəfər məzunumuz 650 baldan yuxarı bal toplamış, 4 məzunumuz isə məktəbi qızıl medalla, 210 məzunumuz fərqlənmə atestatı ilə bitirərək Ali məktəblərə daxil olmuşlar. 287 nömrəli Zəkalar liseyinin şagirid İsgəndər Murad Nazim oğlu və Abbasova Aysel Faiq qızı Prezident təqaüdünü layiq görülüblər. Ali məktəblərə qəbul zamanı Xətai rayonunda 2 məktəb 100% nəticə, 4 məktıb isə 98% nəticə göstərmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2 müəllimimiz “Əməkdar müəllim, 1 müəlliməmiz “Tərəqqi medalı”, 2 şagirdimiz “Respublika Fənn olimpiyadası I yer”, 2 şagirdimiz  SASMO (Singapur Beynəlxalq riyaziyyat olimpiyadası) I və II yer, 2 şagirdimiz Kenken Yapon məntiq riyaziyyat olimpiyadasında II və III yer, 2 şagirdimiz Lütfizadə adına Məntiq Olimpiyadası III yer, 3 şagirdimiz 8-ci Amerika Beynəlxalq Riyaziyyat Olimpiyadası l yer, 6 şagirdimiz isə Beynəlxalq Sten Olimpiyadası l yerə layiq görülmüşlər. 

Digər çıxış edənlər Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevayanın gördüyü işlərdən danışmışlar.

Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti tərəfindən əməkdə fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimlərinə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər