Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə qazilər və şəhid ataları ilə görüş keçirilib

07 noyabr 2023 | 11:35

Xətai rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə qazilər və şəhid ataları ilə görüş keçirilib.  

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Torpaqlarımızın azad olunmasında fədakarlıq göstərən hər bir kəs xalqımız üçün əzizdir. Həyatları bahasına bizə qələbə sevinci yaşadan şəhidlərimiz Azərbaycanda şəhid anlayışına münasibəti tamamilə dəyişdi. Biz artıq məğlub deyilik, qalib ölkənin vətəndaşlarıyıq. Aldığımız hər nəfəsdə, atdığımız hər addımda həm bundan əvvəl verdiyimiz şəhidlərin, həm də Vətən müharibəsi şəhidlərinin və qazilərinin haqqı var. Nə etsək də, borclarından çıxa bilməyəcəyik, lakin heç vaxt unutmayacağıq.

Tədbirdə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışılıb, buna görə ölkə rəhbərinə təşəkkürlər ünvanlanıb.

Keçidlər