Xətai rayonunda abadlıq-yaşıllaşdırma işləri davam edir
15 fevral 2024 | 16:46
Xətai rayonunda ölkə başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq rayonun simasının daha da gözəlləşdirilməsi, ekoloji tarazlığın qorunub saxlanılması, ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər davam etdiridir.
Görülən işlər çərçivəsində rayonun Babək və Gəncə prospektlərində, M.Hadi küçəsində yol kənarlarında yaşıllıq zolaqlarına yeni qazon örtüyü vurulur, müxtəlif çeşidli gül-çiçək kolları və dekorativ ağaclar əkilir. Ağaclarda mövsümi budama işləri aparılır, təhlükə yaradan quru ağaclar ərazidən kənarlaşdırılır. Çoxillik güllərə qulluq göstərilir, ərazilər quru ot və alaqlardan təmizlənir.