Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ağacəkmə aksiyası keçirilib

01 mart 2023 | 12:42

Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin  100 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində 01.03.2023-cü ildə rayon ərazisində ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib. 

Aksiyada Xətai rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının, rayonunun bütün idarə-müəssisə, təşkilatlarının, iaşə obyektlərinin kollektivləri,  həmçinin sakinlər bu təşəbbüsə qoşulmuş və aksiyada fəal iştirak etmişlər.

Aksiyada rayonun  Ceyhun Həsənov, X.Məmmədov, Ç.Kərimov küçələrində, Gəncə prospektində H.Əliyev və Gənclik parklarında  1000 ədəd ağac əkilib. 

Rayon üzrə analoji aksiyaların davamlı olaraq keçirilməsi planlaşdırılır.

Keçidlər