Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Anım Günü ilə əlaqədar tədbir təşkil olunub və "Dolu" filmi nümayiş etdirilib

28 sentyabr 2022 | 07:19

27 sentyabr 2022-ci il tarixində Anım günü ilə əlaqədar, Xətai rayonu, Heydər Əliyev adına istirahət parkında amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri təşkil olunub və  Qarabağ müharibəsinə həsr olunmuş "Dolu" filmi nümayiş etdirilib.

Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, ziyalıların və sakinlərin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü, qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıb. Qəhrəman vətən övladlarımızın şəhidlik zirvəsinə ucalmaları, şəhid adının müqəddəsliyi, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digər çıxış edənlər Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyiblər. Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizə minnətdarlıq ifadə olunub.

Tədbir zamanı səhnədə quraşdırılmış ekranda Qarabağ müharibəsinə həsr olunmuş "Dolu" filmi nümayiş olunub.

Keçidlər