Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Aprel şəhidi Niftalılı Rəşad Şakir oğlunun adını daşıyan küçənin açılışı olub

16 aprel 2026 | 11:49

Xətai rayonunda Aprel şəhidi Niftalılı Rəşad Şakir oğlunun adını daşıyan küçənin açılışı olub. Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin, rayon bələdiyyələrinin məsul şəxsləri, məktəblilər,  şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.

Şəhid  Niftalılı Rəşad Şakir oğlu 1993-cü ildə Zəngilan rayonunda anadan olub. Xətai rayonu 64 saylı orta məktəbi bitirib. Gəncə Texnologiya Universitetində təhsil alıb.  Ali məktəbi bitirdikdən sonra 2015-ci ildə Səfərbərlik və Hərbi xidmətə çağrış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Seysulan məntəqəsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Şəhidin ailə üzvləri  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər