Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Aprel şəhidlərinin xatirəsinə ehsan süfrəsi təşkil olunub

03 aprel 2026 | 15:38

04.04.2026-cı il tarixdə Xətai rayonunda Aprel şəhidlərinin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Mixail Zabelin, Zahid Oruc, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi  Nicat Həsənov, rayon ağsaqqalları, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Tədbir iştirakçıları 2016-cı il Aprel döyüşlərinin ildönümü ilə əlaqədar qəhrəman şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. İcra başçısı Rafiq Quluyev qeyd edib ki, Azərbaycan Ordusunun şanlı tarixində mühüm yer tutan Aprel döyüşlərindən 10 il ötür. Bildirilib ki, həmin döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq uğurlu əks-hücum əməliyyatı həyata keçirərək Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində strateji əhəmiyyətli yüksəklikləri və 2000 hektardan çox ərazini işğaldan azad edib.

Vurğulanıb ki, dördgünlük Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın yenilməz ruhunu nümayiş etdirərək gələcək böyük Qələbələrin əsasını qoyub. Qeyd olunub ki, xalqımız həm Aprel döyüşlərində, həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərində dövlətimizin və Ali Baş Komandanın ətrafında sıx birləşərək tarixi nailiyyətlərə imza atıb.

Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə Azərbaycan bayrağı qürurla dalğalanır və bu, əldə olunan Qələbənin rəmzidir.

Digər çıxış edənlər də qeyd ediblər ki, xalqımız şəhidlərimizin, qazilərimizin və müharibə iştirakçılarının göstərdiyi şücaəti daim yüksək qiymətləndirir, onların xatirəsini uca tutur.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər