Xətai rayonunda "Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Xətai rayonunda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “"Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir”mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəşadət Hidayətov, Xətai rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Xətai rayon Şəhid Ailələri Müdafiə Cəmiyyətin sədr müavini Mehriban Əbdürrəhmanova, şagird və müəllim kollektivi iştirak ediblər.
Çıxış edənlər əsrlər boyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələrinin əmin-amanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığını qeyd edərək bildiriblər ki, Azərbaycanda uğurlu inkişafin, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.
Tələbələrə tövsiyə olunub ki, müasir dövrdə bilikli, savadlı olmaq, dünyaya vətənimizin zəngin mədəniyyətini və tariximizi tanıtmaq hər bir vətəndaşın mənəvi borcudur.