Xətai rayonunda “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində müsabiqənin yekun sərgiləri keçirilib
Xətai rayonunda rayon İcra Hakimiyyəti, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Naxçıvan Rəssamlar Birliyi, Xətai Sənət Mərkəzinin və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə "28 may-Müstəqillik günü"nə həsr edilmiş “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri keçirilib.
Sərgilərdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Kərimzadə, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri, Əməkdar İncəsənət xadimi Cahangir Səlimxanov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru Elşad Əhmədov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov və gənc rəssamlar iştirak ediblər.
Mövzusu - mənim gözlərimlə Azərbaycan olan müsabiqəyə şəhər və bölgələrimizdən, eləcə də ABŞ, Türkiyə, Rusiya, Belarus, Türkiyə, İran, Qazaxıstan, Çin, Peru, Hindistan və Miyanmardan 8-21 yaş arası 2000-ə yaxın uşaq, yeniyetmə və gənclərər tərəfindən əsər göndərilib və sərgilənmək üçün 900 əsər seçilib. Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla təltif olunublar.
Tədbirdə vurğulanıb ki, 1918-ci ildə yaradılan, 1991-ci ildə ikinci dəfə müstəqilliyini bərpa edən və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atan ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli dövrünü yaşayır. Azərbaycanın zəngin dövlətçilik tarixi vardır. Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Günümüzün əsas çağırışlarından biri müasir müstəqil, qalib Azərbaycanın bu günü üçün kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə çatdırmaqdır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin etdi. Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Dünyada Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana baxış yüksək səviyyədədir. Dünyaya Günəş kimi doğan Azərbaycan bu gün tarixi Zəfərinin reallıqları ilə diqqətdədir.