Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi anılıb

14 iyul 2024 | 11:34

14.07.2024-cü ildə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimov və İlqar Mirzəyevin dəfn günündə Xətai rayonunda yerləşən "Şəhidlərin xatirə parkı"nda xatirə kompleksini və II Fəxri Xiyabanda qəhrəmanların məzarlarını ziyarət ediblər.

Tədbir iştirakçıları qəhrəmanların məzarları üzərinə əklil və gül dəstələri düzüblər. Onların ruhuna dualar edib, ehtiramlarını bildiriblər.

Şəhidlərimiz  qürur mənbəyimiz, baş tacımızdır. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!

Keçidlər