Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım aksiyası keçirilib

05 noyabr 2025 | 16:10

5 noyabr tarixində Xətai rayonu, 35 saylı seçki dairəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamının 5.1-ci bəndinin icrasına uyğun olaraq tədbir keçirilib. Xətai rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri tədbirdə iştirak ediblər.

Tədbir çərçivəsində deputat Pərvanə Vəliyevanın növbəti vətəndaş qəbuluna 4 vəkil cəlb olunub. Görüşlərdə həmçinin Milli Məclisin İqtisadi Qanunvericilik şöbəsinin əməkdaşı və Xətai Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbələrinin nümayəndələri də iştirak ediblər.

Qəbul zamanı ümumilikdə 48 vətəndaşa hüquqi yardım göstərilib, onların müraciətlərinə baxılıb.

Deputat və vəkillər tərəfindən qaldırılan məsələlər üzrə vətəndaşlara ətraflı izahatlar verilib. Müraciətlərin mahiyyətinə uyğun olaraq vəkillər tərəfindən müxtəlif sahələr üzrə məhkəmə çəkişmələri, eləcə də məhkəmə qərarlarının icrası ilə bağlı hüquqi məsləhətlər təqdim olunub.

Yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq həlli istiqamətində zəruri tədbirlər müəyyən edilib. Deputat səlahiyyətləri çərçivəsində olan məsələlərlə bağlı isə aidiyyəti qurumlarla əlaqələndirilməsi üçün müraciətlər qəbul edilib.

194 nömrəli məktəbdə keçirilən səyyar qəbul vətəndaşlar tərəfindən müsbət qarşılanıb, onlar Milli Məclisə və Vəkillər Kollegiyasına təşəkkürlərini bildiriblər.

 

Keçidlər