Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda bayram öncəsi 3 saylı uşaq evinin sakinləri ziyarət edilib

17 mart 2026 | 16:47

17 mart 2026-cı il tarixində Xətai rayon İcra Hakimiyyəti və Xətai rayon bələdiyyəsinin nümayəndələri Ramazan və Novruz bayramları ərəfəsində 3 saylı uşaq evini ziyarət ediblər.

Ziyarət zamanı nümayəndələr uşaq evinin sakinləri ilə görüşüb, onları bayram münasibətilə təbrik ediblər. Qonaqlar bildiriblər ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd bayram sevincini valideyn himayəsindən məhrum olmuş uşaqlarla bölüşmək, onların cəmiyyətin diqqət və qayğısını daim hiss etməsinə dəstək olmaqdır. 

Daha sonra körpələr evinin sakinlərinin  hazırladıqları müsiqilər, şeirlər, bir-birindən gözəl rəqs ifaları nümayiş olunub. Sonda balacalar üçün bayram süfrəsi açılıb.

Uşaq evinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü ifadə edib, bu cür ziyarətlərin uşaqların mənəvi inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.

 

Keçidlər