Xətai rayonunda birinci sinfə gedəcək məktəblilərlə görüş olub
Sentyabrın 12-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin Xətai rayon məktəblərində birinci sinfə gedəcək şəhid, qazi, aztəminatlı ailələrin uşaqları ilə görüşüb.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə məktəb illərinin başlanğıcında olan birinciləri təbrik edib və onlara xoş arzularını çatdırıb. Belə bir ənənəni rayon və şəhərlər üzrə davam etdirən Azərbaycanda Rus İcmasının sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Mixail Zabelinə minnətdarlığını bildirib. V.Rəhimzadə dövlətimizin siyasətində təhsilin prioitetiliyini önə çəkərək, ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdikləri tədbirlərdən, uğurlu addımlardan bəhs edib.YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hər il yeni tədris ili ərəfəsində necə-neçə məktəblər tikilir, yaxud bərpa olunaraq istifadəyə verilir. Təhsilin inkişafında məktəblərin rolu inkaredilməzdir. Ən əsası bu gün məktəblərin hər biri kompyuterləşdirilib. Bütün bunlar şagirdlərin daha yüksək bilik əldə etmələrinə stimul verir. V.Rəhimzadə şəgirlərin sevincinə qatılaraq onlara xoş arzularını çatdırıb. Yeni tədris ilinin ilk gününün uğurla başlanmasının növbəti uğurlar üçün stimul olduğuğunu diqqətə çatdırıb. Vüqar Rəhimzadə ilk dəfə məktəbə ayaq basacaq birincilərə təhsil illərini yüksək göstəricilərlə başa vurmağı arzulayıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin yeni tədbris ilinin başlanması münasibətilə şagirdlərə xoş arzularını çatdırıb. Birincilərə yeni tədris ilində təqdim olunan hədiyyənin onlarda xoş ovqat yaradacağına əminiliyini ifadə edən millət vəkili onlara sülh, əmin-amanlıq, aydın səma arzulayıb.
Xətai Rayon İcra Hakimiyyətinin Başçısının müavini Etibar Əhmədov qeyd edib ki, təhsilimizə göstərilən qayğı, məktəblilərin və tələbələrin yüksək savada, biliyə sahib olmaları üçün yaradılan şərait əldə olunan göstəricilərdə də özünün aydın ifadəsini tapır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ümumtəhsil məktəblərində yaradılan möhkəm təməl ali təhsil ocaqlarına yüksək balla daxil olmağa, elmin sirlərinə dərindən yiyələnməyə, ən əsası qalib Azərbaycanın daha da güclənməsinə, qüdrətlənməsinə dəstək göstərməyə böyük stimul verir.
Tədbirin sonunda birincilərə məktəb ləvazimatları və çantalar təqdim olunub və xatirə şəkli çəkilib.