Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Cavanşir küçəsi 21 və Babək prospektində ağacəkmə aksiyası keçirilib

24 fevral 2024 | 11:30

24.02.2024 -cü il tarixdə Xətai rayonunda “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Cavanşir küçəsi 21 və Babək prospektində ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələri və  MKTB-nin kollektivləri iştirak ediblər. Aksiyada ümumilikdə 500-dən çox ağac əkilib.

Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. 

 

Keçidlər