Xətai rayonunda Cavanşir və Ceyhun Həsənov küçələrində ağacəkmə aksiyası keçirilib
Dekabrın 17-də Xətai rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev iştirak edib. Aksiyada rayonun Cavanşir və Ceyhun Həsənov küçələrində 1000 ədəd ağac əkilib.
Yaşıllıq zolaqlarının genişlənməsi ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də paytaxt Bakı şəhərində, ümumilikdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq.
Xətai rayonunda ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.