Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "COP 29-a gedən yol və İqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirilib

26 sentyabr 2024 | 17:33
Xətai rayonu, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 26 sentyabr 2024-cü il tarixində "COP 29-a gedən yol və İqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirilib.
 
Tədbirdə ekspert qismində Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bakı şəhəri Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə sektor müdiri Tural Əhmədov, Əhmədli qəsəbə bələdiyyəsinin sədri Allahverdi Həsənli iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanın dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərdən biri olan "COP 29"-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti tarixi qələbəsidir. Xarici siyasətimizin ən böyük uğurlarından biridir. Bu gün Azərbaycan gənci ölkəmizdə həyata keçirilən ətraf mühitin mühafizəsi və müdafiəsi tədbirlərində yaxından iştirak edərək gələcək nəsillərə təmiz dünya ötürmək naminə ətraf mühiti saglamlaşdırmaq, ekoloji tarazlığın bərpasına yardım məqsədi ilə aparılan işlərdə əzmkarlıq və həmrəylik nümayiş etdirir.
Sonda tələbələrə ekoloji problemlərin həlli yolları və ətraf mühitin qorunub saxlanması istiqamətində tövsiyyələr verilib.
Keçidlər