Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda COP29-la bağlı dəyirmi masa keçirilib

07 avqust 2024 | 15:56

07 avqust 2024-cü il tarixdə Xətai rayon İcra Hakimiyyəti, İctimai Şura və Ağsaqqallar Şurasının təşkilatçılığı ilə COP29-la bağlı dəyirmi masa keçirilib.
Tədbirdə COP-29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, bu bir tərəfdən ölkəmizə böyük etimadın göstərilməsidirsə, digər tərəfdən isə Azərbaycanın qlobal problemlərin həll edilməsi istiqamətində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyinin təsdiqlənməsinin əyani şəkildə göstəricisi hesab edilə bilər. Siyasi baxımdan qeyd olunan tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin daha da güclənməsinə şərait yaratmış olacaqdır. Bu konteksdə Yaşıl dünya naminə həmrəylik ilində Azərbaycanın bütün dövlət və özəl qurumları, o cümlədən təhsil müəssisələri  bu və ya digər formada, eləcə də birbaşa və dolayısı ilə adıçəkilən proseslərdə fəal iştirak etməklə dövlətimizin bu istiqamətdə apardığı siyasətə dəstək göstərmiş olacaqdır. 

Tədbir ətraf mühitin qorunması istiqamətində müzakirələrlə davam edib.

Keçidlər