Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda daha bir ağacəkmə aksiyası keçirilib.

19 aprel 2023 | 10:05

19.04.2023-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında  Gəncə prospekti 63, 65, 67, İlqar Zülfüqarov 103  ünvanlarında 1000-dən çox  ağac əkilib.

Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.

Ümumilikdə son aylarda ağacəkmə aksiyaları çərçivəsində  rayonun  Ceyhun Həsənov, Xudu Məmmədov, Çingizxan Kərimov küçələrində, Gəncə prospektində, Heydər Əliyev və Gənclik parklarında  5500-dən çox müxtəlif növ ağaclar əkilib.

Ağacəkmə aksiyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.

Keçidlər